Dünya Çempionunun apellyasiya şikayəti təmin olunmadı
29 dekabr 2009 14:30 (UTC +04:00)

Dünya Çempionunun apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində Litva vətəndaşı, hündürlüyə tullanma üzrə dünya çempionu Turskis Tomas haqqında çıxarılmış məhkəmə hökmündən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, məhkəmə Turskis Tomasın şikayətini təmin etməyib.


Belə ki, Turskis Tomas və Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu barəsində bu ilin oktyabr ayında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinən Turskis Tomas və Zahoor Xan Əhməd oğlu hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar cəzalarının azaldılması üçün apellyasiya şikayəti veriblər.

İttihama görə, 2009-cu ilin mayında İrandan Azərbaycana gələn Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu gömrük nəzarətindən keçərkən Astara Gömrük İdarəsinin əməkdaşları ondan 6 kiloqram 952 qram heroin aşkar edərək götürüblər. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri “Empire” mehmanxanasının 309 nömrəli otağında Litva vətəndaşı Turskis Tomas da Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlundan narkotik vasitələri qəbul edərkən saxlanılıb.

İstintaq müəyyən olunub ki, Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlu Litva vətəndaşı Turskis Tomas və şəxsiyyətləri hazırda istintaqla müəyyən edilməmiş İxrac, Arturas və Kristis adlı digər şəxslərlə mütəşəkkil dəstə yaradaraq, külli miqdarda narkotik vasitələri Azərbaycandan keçirməklə İtaliyaya aparmaq niyyətində olublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar