Telman İsmayılovun oğlunun avtomobili sel sularının altında qalıb
Dünən axşam saatlarında Antalyada leysan yağış səbəbindən küçələrdə çoxlu sayda avtomobil sel suları altında qalıb.
Lent.az-ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlunun maşınını da sel aparıb.
Həmin vaxt qiyməti 700 min türk lirəsi (təxminən 350 min manat) olan, əllə işlənmiş “Bentley” markalı minik maşınını Sərkan İsmayılov özü idarə edirmiş. Ətrafdakı insanların köməyilə öncə Sərkan İsmayılov sel sularının ağuşuna aldığı avtomobilindən çıxarılıb.
Avtomobili sudan çıxarmaq üçün isə xilasedicilər qrupu olay yerinə gəlib. Ancaq “Mardan” otelinin işçiləri xilasedicilərin texnikanın köməyilə maşını çəkməsini qəbul etməyiblər. Otel işçiləri “Bentley”i 50 metr itələyərək sel sularından kənara çıxarıblar.

908