Sabiq polis rəisinin məhkəməsi başladı
28 dekabr 2009 13:10 (UTC +04:00)

Sabiq polis rəisinin məhkəməsi başladı

Dekabrın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir sıra ağır cinayətlərdə ittiham olunan keçmiş polis rəisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən iclasda Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi, 1995-ci ildən axtarışda olan Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmə baxışı 2010-cu il yanvarın 8-nə təyin edilib.

İttihama görə, Abşeron rayon Polis İdarəsinin sabiq rəisi M.Əliyev kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevi tamah məqsədilə 1993-cü il aprelin 13-də “QAZ-2410” markalı avtomobili ilə birlikdə oğurlayaraq qohumlarından külli miqdarda pul tələb edib. Lakin məqsədinə çata bilmədiyindən, qanunsuz saxladığı avtomat silahla Piryevi qətlə yetirib. M.Əliyev C. Piriyevi öldürdükdən sonra, hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək və meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov bununla razılaşıb. Bundan sonra M. Əliyev C.Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Hacı Məmmədovla birlikdə Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb. Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində ifadə verərkən Məmmədəli Əliyevin törətdiyi cinayət barədə danışıb.


Şahid qismində dindirilən Hacı Məmmədov istintaqa verdiyi ifadəsində bildirib ki, Məmmədəli Əliyev polis şöbəsinin rəisi kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Priyevə hamilik edib, sonuncu isə polis rəisinə bunun müqabilində müntəzəm pul ödəyib.


Qeyd edək ki, M. Əliyev 2000-ci ilə -dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.185, 70-2, 17, 15.93-9, 17.15.94 və hal-hazırki Cinayət Məclləsinin 28.277-ci, 29.32.2-ci, 277-ci, 32.2-ci, 232.2.1-ci və 278-ci maddələri ilə ittiham olunur.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar