Taliblərin dəstəsində vuruşan 2 azərbaycanlıya hökm oxundu
Dekabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Pakistanda və Əfqanıstanda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Anar Bilalov və Əziz Qurbanov hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Anar Bilalov və Əziz Qurbanov 2008-ci ilin əvvəlindən başlayaraq, müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Onlar həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Hər iki şəxs orada bir neçə ay döyüşdükdən sonra Azərbaycana qayıdıb. Onlar 2009-cu ilin avqustunda tutulublar. Təqsirləndirilən şəxslər fevralda azadlığa çıxacaqlar.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunublar.
Xatırladaq ki, bir müddət əvvələ 15 nəfər Azərbaycan vətəndaşı eyni ittihamla Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif cəzalar alıb.
Fərid Əkbərov

459