Yol polisini öldürənə 13 il həbs cəzası
Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rasim Məmmədova hökm oxunub. Hökmə əsasən, R.Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev təqsirləndirilən Rasim Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Rasim Məmmədov 2009-cu il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində Pirinin yaxınlığında Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş çavuş Elçin İsmayılovu mübahisə zəminində döyərək qətlə yetirib.
Belə ki, 28 yaşlı Rasim Məmmədov idarə etdiyi "Opel Vectra" markalı maşınla Bakı-Quba yolunda yüksək sürətlə hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanıb. Maşında sürücünün həyat yoldaşı və uşağı olub. Növbəsi bitən mərhum polis əməkdaşı Elçin İsmayılov onunla birgə Bakıya gəlmək üçün maşına əyləşib. Siyəzən rayonu ərazisində Xıdır Zində pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında mübahisə baş verib. Nəticədə Rasim Məmmədov Elçin İsmayılova çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
R.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə)., 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Fərid Əkbərov

700