Bakıda 3 avtomobil toqquşdu
“Opel” əvvəlcə “VAZ-2107”-yə, sonra avtobusa çırpılıb
Bu gecə Bakıda yüksək sürət səbəbindən ağır yol qəzası baş verib. Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən, Qurbanov İslam Nurəddin oğlunun idarə etdiyi “Opel-Vectra” markalı avtomaşın idarəetmənin ani itirilməsi nəticəsində əks istiqamətdə hərəkət edən “VAZ-2107” markalı maşına və “İkarus” markalı sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində “Opel”in sürücüsü İslam Qurbanov və onun sərnişinləri - 35 yaşlı Ağayev Siyavuş Kamal oğlu və 25 yaşlı Abbaszadə Kamal Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadası yaralıları 19 saylı birləşmiş şəhər xəstəxanasına çatdırıb.
19 saylı birləşmiş şəhər xəstəxanasının növbətçi həkimi Arif Əliyev sürücü İslam Qurbanovda alkoqol sərxoşluğunun aşkar edildiyini bildirib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Təhqiqatçılar qəzadan dərhal sonra müvafiq müayinələr aparıblar. Hadisənin baş verməsi səbəblərinə gəlincə, ilkin versiya kimi yüksək sürət amili əsas gətirilir.

Oxşar yazılar

Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00