Bacısını öldürüb, onun sevgilisini isə yaralayıb
Dekabrın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə namus üstündə bacısını qətlə yetirməkdə və onun sevgilisini öldürməyə cəhddə ittiham olunan Şərur rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Qadir Əliyevə hökm oxunub. Hökmə əsasən, Q.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu ilin iyunun 6-da Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində Q. Əliyev bacısı Zahidəyə bıçaq ilə çoxsaylı zərbələr vuraraq, qətlə yetirib. O, daha sonra bacısının görüşdüyü Namiq Rəsulova da qayçı ilə xəsarət yetirib.
İstintaq zamanı müəyyən edilib ki, Q.Əliyev cinayəti namus üstündə törədib. O, bacısının N. Rəsulovla görüşməsindən əsəbiləşib və bir müddət onları izləyib. Sonda hər ikisini Nizami rayonunda parkda görən Q.Əliyev özündə olan qayçı ilə əvvəlcə bacısına çoxsaylı zərbələr endirib. Daha sonra bacısının görüşdüyü gəncə də xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, həkimlər Zahidə Əliyevanın həyatını xilas edə bilməyiblər.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Qadir Əliyev tutulub.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

331