Polis rəisini hədələyənlərə hökm oxundu
Dekabrın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis rəisindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Cəlilabad rayonunun Hasıllı kənd sakinləri - Həsən Qasımov və Cavad Həsənova hökm oxunub. Hökmə əsasən, H. Qasımov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, C. Həsənov isə 6 il şərti cəza verilib.
İttihama görə, 1932-ci il təvəllüdlü H. Qasımov və 1944-cü il təvəllüdlü C. Həsənov 2009-cu il mayın 4-də Cəlilabad rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis mayoru Aydın Bayramovun xidməti otağında ona qarşı xuliqanlıq hərəkətləri törədiblər. H. Qasımov C. Həsənovla şöbə rəisindən hədə-qorxu ilə pul tələb etmək barədə razılığa gəliblər. Onlar şöbə rəisinin əmlakını ələ keçirmək məqsədi ilə onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə rəisin ünvanına poçtla məktub göndərərək ondan əvvəl 9 min manat, daha sonra isə tələblərini yerinə yetirmədiyinə görə 10 min manat istəyiblər.
Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda tələb etmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

402