Arvadının əmisini öldürənin məhkəməsi başladı
Bu işdə ona qardaşı köməklik edib
Dekabrın 24-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə ağır cinayət törətməkdə təqsirləndirilən Laçın rayonundan olan məcburi köçkünlərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər Dağbəyi və Habil Cabbarovların cinayət işi üzrə məhkəmə baxışı 2010-cu il yanvarın 7-nə təyin olunub.
İttihama görə, 2009-cu ilin aprelində D.Cabbarov həyat yoldaşının əmisi, Bərdə rayon sakini Əsəd Məmişovu ailə münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.
Mərhumun həyat yoldaşı Əzizə Əsədova Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, əri aprelin 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Əsəd Məmişov aprelin 1-də qohumu Dağbəyi Cabbarovla görüşüb və axşam saatlarında onun evinə gəlib. D. Cabbarov və Ə. Məmişov əvvəlcə birlikdə yeyib-içiblər. Sonra onların arasında mübahisə baş verib D. Cabbarov Ə. Məmişov bıçaqla xəsarət yetirərək öldürüb. O, qardaşı Habil Cabbarovun köməyi ilə meyiti həyətdə basdırıb ki, cinayətin izi qalmasın.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

543