“Mercedes”lə “Ford” toqquşdu: 2 ölü, 3 yaralı
24 avqust 2010 15:45 (UTC +04:00)

“Mercedes”lə “Ford” toqquşdu: 2 ölü, 3 yaralı

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün səhər saat 7:30 radələrində magistral yolun 88-ci kilometrliyində, Qobustan rayonunun Mərəzə qəsəbəsində qeydə alınıb. Bakı şəhərinin Xırdalan qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı 1979-cu il təvəllüdlü Hacıyev Ramil Vaqif oğlunun idarə etdiyi 90-FE-149 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn Qazax rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Rəsul Namiq oğluna məxsus 90-HM-646 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “Mersedes”in sürücüsü Ramil Hacıyev və 4 yaşlı qızı Nərgiz Hacıyeva ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. R. Hacıyevin həyat yoldaşı 1978-ci il təvəllüdlü Hacıyeva Lalə Vəli qızı və qayınanası 1938-ci il təvəllüdlü Hüseynova Kübran Orucəli qızı dünyasını dəyişib. “Ford Tranzit”in sərnişini 1976-cı il təvəllüdlü İsmayılov Nizami Əli oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar