Kəndlisini xüsusi amansızlıqla öldürəni 14 illik həbs gözləyir
Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror təqsirləndirilən Malik Əlibalayevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses müdafiə tərəfinin çıxışı ilə avqustun 30-da davam etdiriləcək.
İttihama görə, bu ilin fevralında Quba rayonu, Tülər kəndinin ərazisində İkinci Nügədi kənd sakini Malik Əlibalayev həmkəndlisi Elçin Eldarovu aralarında yaranmış münaqişə zəminində bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Malik Əlibalayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

661