Arvadını və 1 yaşlı oğlunu öldürənə ömürlük həbs
23 avqust 2010 14:30 (UTC +04:00)

Arvadını və 1 yaşlı oğlunu öldürənə ömürlük həbs

Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Sədri Akif ömürlük azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu ilin sentyabrında Gəncə sakini, 1964-cü il təvəllüdlü Sədri Akif Əhməd oğlu yaşadığı mənzildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Məmmədova İlhamə Əziz qızını və oğlu 2008-ci il təvəllüdlü Əli Sədrini öldürüb. Daha sonra o, polisə gələrək könüllü təslim olub. A.Sədri ibtidai istintaqa ifadəsində hadisəni qısqanclıq zəmində törətdiyini etiraf edib.


Qeyd edək ki, Sədri Akif Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cu (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar