Tehran Heratdakı konsulluğunu bağlayıb
12 dekabr 2012 05:55 (UTC +04:00)

Tehran Heratdakı konsulluğunu bağlayıb

0
İran hakimiyyəti Əfqanıstanın Herat şəhərindəki konsulluğunu müvəqqəti olaraq, bağlayıb.

Lent.az-ın məlumatına görə, buna səbəb kimi yola saldığımız bazar günü bir neçə yüz əfqanın konsulluğu daşa basması göstərilir.

İran Xarici İşlər Nazirliyinin əməkdaşı məsələ ilə bağlı bildirib:«islam Respublikası Əfqanıstan hakimiyyətindən konsulluğa hücumla bağlı izahat verməsini, eləcə də gələcək də belə olayların təkrarlanmaması üçün tədbirlər görməsini istəyir».

Xatırladaq ki, konsulluq qarşısında aksiya keçirənlər üç ay əvvəl İran sərhədini keçərkən yoxa çıxan 13 əfqanın taleyinin qaranlıq qalmasına etiraz bildirib.
Aksiyaya qatılan 13 əfqanın valideyni jurnalistlərə deyib ki, onlarda olan məlumata görə, üç ay əvvəl iş tapmaq üçün İrana gedən övladları İran sərhədçilərinin açdığı atəş nəticəsində öldürülüb. Valideynlər İran hakimiyyətindən övladlarının meyitlərini Əfqanıstana qaytarmağı tələb ediblər.
“Əhmədinejada ölüm!”, “İran əfqanların ən böyük düşmənidir!” və “Amerikanın İrana hücumunu dəstəkləyirik!” şüarları səsləndirən aksiyaçılar daha sonra İranın baş konsulluğunun binasını daşa basaraq İran bayraqlarını cırıb atıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 990

Oxşar yazılar