Təkbaşına 12 avtomobili taladı
10 dekabr 2012 12:18 (UTC +04:00)

Təkbaşına 12 avtomobili taladı

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ Cinayət-Axtarış Şöbəsi, 12-ci və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşınlardan açarseçmə və şüşəni sındırmaq yolu ilə oğurluq etməkdə şübhəli bilinən Məmməd Əzimov dekabrın 9-da tutulub. Məlum olub ki, o, oktyabrın 17-nə keçən gecə 12-ci mədəndə Ədib Cabbarova məxsus «VAZ-2106» markalı avtomaşından açarseçmə yolu ilə maqnitofon və akkumulyator, H.Sultanov küçəsində Çingiz İsgəndərova məxsus «VAZ-21013» avtomaşından akkumulyator, oktyabrın 17-si saat 12 radələrində Sülh küçəsində Zaur Hüseynova məxsus «VAZ-2106» avtomaşından akkumulyator oğurlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Əzimov oktyabrın 18-nə keçən gecə D.Bednıy küçəsində Təzəbəy Ağayevə məxsus «VAZ-21011» markalı avtomaşından akkumulyator və elektrik alətləri, Asif Ağayevə məxsus «VAZ-2106» markalı avtomaşından akkumulyator, sənədlər və geyim əşyaları, Əhsən Teymurova məxsus «VAZ-2103» markalı avtomaşından akkumulyator, Məmmədyarov küçəsində Kamil Həsənova məxsus «VAZ-2102» markalı avtomaşından akkumulyator və maqnitofon, Asif Alışova məxsus «VAZ-2106» markalı avtomaşından akkumulyator, Stansiyayanı küçəsində Məhərrəm İsmayılova məxsus «VAZ-2106» markalı avtomaşından akkumulyator və 2 təkər, Elşən Sadıxova məxsus «VAZ-2103» markalı avtomaşından akkumulyator, Elman Qafarova məxsus «VAZ-2102» markalı avtomaşından akkumulyator, 2 ədəd səsgücləndirici və 3 ədəd ayaqqabı götürüb. Noyabrın 22-nə keçən gecə isə o, Ə.Kərim küçəsində Məhəmməd Quliyevə məxsus «VAZ-2106» markalı avtomaşından şüşəni sındırma yolu ilə maqnitofon və monitor oğurlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 951

Oxşar yazılar