Daha bir bələdiyyənin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı
Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş materiallar araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib.
Bundan başqa, bələdiyyə xəzinəsindən 4 min 766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib. Qeyd edilən dövr ərzində “Anar” firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1009 manat məbləğində vəsait də qanunsuz olaraq məxaric edilib.
Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Oxşar yazılar

Bakıda külək maşını belə aşırdı - POLİSDƏN MÜRACİƏT
28 avqust 2025 , 10:06Bakıda yaşayış binasında PARTLAYIŞ: yaralananlar var - YENİLƏNİB
28 avqust 2025 , 09:45
Zərdabda QANLI OLAY: dəhrəni belinə sancdı
28 avqust 2025 , 09:23
Bakıda tələbə qız qəfil öldü
28 avqust 2025 , 08:53
Oğlunun bıçaqladığı kişi xəstəxanada öldü
27 avqust 2025 , 21:20
İki il əvvəl itkin düşən qız tapıldı: qətldə ittiham olunur
27 avqust 2025 , 19:59
Bilgəhdə meyit tapıldı
27 avqust 2025 , 19:33