“Kapital” və “Rifah-inşaat” MMC-yə qarşı 44 min manatlıq dələduzluq
05 dekabr 2012 18:25 (UTC +04:00)

“Kapital” və “Rifah-inşaat” MMC-yə qarşı 44 min manatlıq dələduzluq

0
Biləsuvar rayon sakini Əliyev Səbuhi Bayram oğlu və qeyrilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar üzrə araşdırma aparılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, Səbuhi Əliyev özünü Türkiyə Respublikasının vətəndaşı “Əmrə Ünlü Miyaroğlu” kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında “Kapital” MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan “Azərsu” ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14 min 200 manat pul alıb.


Bundan başqa, onlar cinayət əməllərini davam etdirərək “Rifah-inşaat” MMC-nin rəhbəri Abbas Rüstəmovdan “Qızıl-Qaya” su anbarının tikintisi adı ilə 10.0 min, Quba rayonunda 4 orta məktəbin tikintisi üçün isə daha 20.0 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçiriblər. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1553

Oxşar yazılar