Dünya bu gün
12 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
627. Nineviya vuruşmasında Bizans imperatoru II İrakli Sasanlı hökmdarı II Xosrova qalib gəlib

1096. Mərmərə dənizi sahilində I Səlib yürüşünün əsas döyüşü baş verib

1574. Türk sultanı II Süleyman hakimiyyətə gəlib

1642. Holland dənizçi Abel Tasman Yeni Zelandiyanı kəşf edib

1804. İspaniya və Birləşmiş Krallıq arasında müharibənin başlayıb

1830. Osmanlı imperiyası Serbiyanın müstəqilliyini tanıyıb

1905. Bakı, Gəncə və Zaqatala qarnizonunun əsgərləri üsyan qaldıraraq həbs edilən matrosların azad olunmasını tələb edib

1911. Hindistanın paytaxtı Kəlküttədən Dehliyə köçürülüb

1915. Alman konstruktoru Hüqo Yunkers metaldan olan ilk təyyarəni havaya qaldırmağa müvəffəq olub

1917. Bakı Sovetinə seçkilər keçirilib. Sovetdə əsas üstünlüyü bolşevik və daşnaklar əldə edib

1925. Rza Pəhləvi (ata) İran taxtına sahib olub

1928. Qırğız yazıçısı Çingiz Aytmatov anadan olub

1932. SSRİ Yaponiya ilə diplomatik əlaqələrini bərpa edib

1949. Türkiyə parlamenti Avropa Şurasına üzv olmağın lehinə səs verib

1939. Finlər Sovet ordusunu ağır məğlubiyyətə uğradıb

1979. Rodeziyanın adı dəyişdirilərək Zimbabve adlandırılıb

1991. Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb

1992. Azərbaycanın ilk səfiri etimadnaməsini İranın xarici işlər naziri Əli Əkbər Vilayətiyə təqdim edib

1997. Rəcəb Tayyib Ərdoğan (Türkiyənin baş naziri) Siirt vilayətindəki çıxışından sonra, ona qarşı “milli və dini düşmənçiliyə təhrik etmə” maddəsi ilə cinayət işi qaldırılıb

1999. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilib

2002. Metronun “Həzi Aslanov” stansiyası istismara verilib

2003. Azərbaycan Respublikası prezidenti Heydər Əliyev ABŞ-ın Klivlend klinikasında vəfat edib

2008. İsveçrə Şengen zonasına daxil olub

2009. Avropadakı azərbaycanlı tələbələr “Euronews” telekanalının qarşısında piket keçiriblər

2011. Azərbaycan UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

Günün aforizmi

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”.

Heydər Əliyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar