Dünya bu gün
09 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1917. İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib

1925. Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb

1927. Sovet şairi Mayakovski Bakıya gəlib

1931. İspaniyada ikinci Respublika yaradılıb

1941. Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar

1950. Harri Qold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib

1961. Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib

1973. Xalq artisti, görkəmli aktyor Lütfəli Abdullayev vəfat edib

1985. BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər

1989. AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb

1990. Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib

1992. BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb

1996. BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib

1997. Klod Monenin “Truvildə çimərlik” tablosu 8,6 milyon dollara satılıb

1998. Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib

1998. Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını elan ediblər

2003. İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib

2004. Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib

2005. Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib, Rövnəq Abdullayev bu vəzifəyə gətirilib

2007. Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib

2008. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub

2009. Blogerlər Emin Milli və Adnan Hacızadə Səbayel rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər

2009. İlham Əliyev Fransaya rəsmi səfərə gedib. Səfər çərçivəsində Fransa prezidenti və bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirilib, 3 hökumətlərarası sənəd imzalanıb.

Günün aforizmi

“İnsani hisslərin ən güclüsü mənlikdir”.

Belinski
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar