“Eurovision-2012” ərəfəsində terror aktları planlaşdıran şəxslərə cəza istəndi
APA-nın məlumatına görə, qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən Kamal Yaqubov və Rəşad Şahbazovun 14 il, Rəcəb Abbasov və Afiq Allahverdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Proses dekabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-yarılıqda araşdırılır.
Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.

958