Ermənistanda saxlanılan azərbaycanlı ailəsinə məktub göndərib
Bu il noyabrın 12-də Ermənistan hərbçiləri tərəfindən girov götürülən Qazax rayonu Alpout kənd sakini Telman Əliyev ailəsinə məktub göndərib. Bu barədə APA-ya T.Əliyevin anası Məhbubə Həsənova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları məktubu ailəyə dünən təqdim edib, Telmanın səhhətinin normal olduğunu bildiriblər. M. Həsənova deyib ki, məktub çox qısa olub: “Məktubda yalnız yazılmışdı ki, “Anam Həsənova Məhbubə, sağ ol, yaxşıyam”.
Oğlunun anadangəlmə fiziki qüsurlu olduğunu deyən M.Həsənovanın sözlərinə görə, o, yaxşı danışa və eşidə bilmir: “Oğlum noyabrın 11-i saat 3-ə qalmış evdən çıxaraq heyvanları gətirməyə gedib. Heyvanlar da, bütün kəndin camaatı da qayıtdı, amma oğlum qayıtmadı. Uşaq vaxtı Bakıda lal-karlar üçün olan məktəbdə oxuyub, yazı yaza, öz fikrini çatdıra bilir, amma yaxşı danışa bilmir”.
Girovun anası deyib ki, BQXK əməkdaşları bir neçə dəfə onunla görüşüblər: “Mən oğlumun geri qaytarılması ilə bağlı həm BQXK-ya, həm də Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət etmişəm. Oğlum mülki vətəndaşdır, həm də fiziki qüsurludur. Onun geri qaytarılması çox vacibdir. Biz onun ermənilər tərəfindən aparıldığını bilmədik. Kənd camaatı iki gün onu axtardı”.
M. Həsənovanın sözlərinə görə, oğlu ailəlidir, iki oğlu var: “Onun girov götürüldüyünü uşaqlarından birinə bildirməmişik. Əsgərlikdədir, bu xəbər ona pis təsir edə bilər”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qazax rayon sakini 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin noyabrın 12-də səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib.

2841