Bakıda metronun qarşısında adam öldürdülər
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi, metronun "İnşaatçılar" stansiyasının çıxışının qarşısında Yeni Yasamal ev 125-də yaşayan 1978-ci il təvəllüdlü Səfərov Telman Nemət oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin T.Səfərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA
3549