Gürcüstanda naməlum şəxslər  azərbaycanlı ailəyə işgəncə verib
25 oktyabr 2012 03:46 (UTC +04:00)

Gürcüstanda naməlum şəxslər azərbaycanlı ailəyə işgəncə verib

Gürcüstanın Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndində azərbaycanlı ailəyə 5 nəfərlik naməlum şəxslərdən ibarət dəstə tərəfindən silahlı hücum olub.

APA-nın Gürcüstan bürosunun həmin kənddə olan əməkdaşının məlumatına görə, hadisə oktyabrın 21-dən 22-nə keçən gecə təxminən saat 12-dən sonra baş verib. Basqın zamanı Yasın Şirinov, onun həyat yoldaşı Nargül Şirinova, oğlu Azər Şirinov və gəlini Xəyalə Şirinova, eyni zamanda iki kiçik yaşlı uşaqlar işgəncələrə məruz qalıblar.

Şirinovlar ailəsinin ağsaqqalı Yasın Şirinov APA-ya açıqlamasında onun evinə basqın edənlərin silahlı dəstə olduğunu deyib: “Gecə saat 12 radələrində toydan gəlib yatmağa hazırlaşırdıq. Birdən evin qapısı zərblə açıldı. Qaranlıq otağa daxil olan silahlılar avtomatla bir neçə dəfə başımdan və üzümdən vurub çarpayıdan aşırdılar. Əlləri ilə ağzımı tutub lentlə bağladılar. Ayaqlarımı və biləklərimi arxadan bağlayıb, döşəməyə yıxdılar. Həyat yoldaşımın başını avtomatın qundağı ilə vurub yardılar. Qan tökülməyə başladı. Onu qanlı halda yorğana büküb mənim yanıma uzatdılar. Oğlumu da o biri otaqda möhkəm döydülər.

Gəlinimi saçlarından tutub sürüyə-sürüyə bizim otağımıza gətirdilər və ondan pulun yerini soruşmağa başladılar. Silahlılar gürcücə danışmırdılar. Onlardan birinin ləhcəsi erməni danışığına oxşayırdı. Maskada olan silahlı dəstə 400 lariyə yaxın pul və 3 ədəd zəncir qızıl, 3 ədəd sırğa və 4 üzük alıb aradan çıxdılar. Oğlumun ağzı qanla dolduqdan sonra ağzına yapışdırılmış lent açıldı və o, ağzı ilə pəncərənin kilidini açıb qonşunu çağırdı”.
Yasin Şirinovun oğlu Azər Şirinov dəstə üzvlərinin onu möhkəm döyərək dişlərini də qırdıqlarını bildirib. “Hər yerim ağrıyır. Dişlərim qırılıb. Danışa bilmirəm. Üç telefonumuzu ayaqları ilə tapdalayıb qırdılar ki, biz zəng edə bilməyək. Polis gəldikdən sonra bizi təcili yardım maşını gəlib Bolnisidəki təcili yardım məntəqəsinə apardı. Orada tibb bacıları başımıza və üzümüzə “zelyonka” çəkməklə kifayətləndilər. Anamın başının yarasını tikmədilər. Evə qayıtmağa maşın da vermədilər. Kəndə zəng vurub maşın çağırdıq”.

APA-nın məlumatına görə, cinayətkarların işgəncə verdiyi Azər Şirinovun oktyabrın 24-dən çənəsində və qarın boşluğu nahiyəsində kəskin ağrılar başlayıb. Avtomatın qundağı ilə vurulduqdan sonra qarın boşluğunda qançırlar əmələ gəlib. Ayağının bud ətinə bıçaq da soxublar.
Polisə zəng vurulduqdan sonra təcili yaradılan əməliyyat qrupu Yasin Şirinovun evinə gəliblər. Kriminal polis əşyayi-dəlil kimi oğruların içdikləri zoğal kompotu olan bankanı və qanlı yastıq üzünü istintaq üçün polis idarəsinə aparıblar. Evə it də gətirilib. Baş verən hadisə ilə bağlı istintaq başlayıb. Oktyabrın 24-də ailənin kürəkəni və digər qohumlar dindirilib.

APA-nın Gürcüstan bürosunun əməkdaşı gecə saatlarında Bolnisi rayon polis idarəsində də olub. Polis idarəsində rəis Tamaz Mamiaşvili olmayıb. Növbətçi polis azərbaycanlı jurnalistin gəldiyi barədə ona məlumat verdikdən sonra rəis bildirib ki, polis idarəsi hələlik araşdırma aparır və rəsmi məlumat almaq üçün Gürcüstan DİN mətbuat Mərkəzinə müraciət edilməsini məsləhət görüb.


Polis idarəsində işləyən detektiv David Kapanadze APA-ya açıqlamasında basqın barədə xəbərdar olduqlarını, lakin konkret bir şey deyə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, aparılan operativ istintaq zamanı bəzi detallar məlum olub: “Lakin biz onu sizə deyə bilmərik. Kənddə olduq. Şirinovların vəziyyəti ilə tanışıq. İstintaq gedir, biz intensiv işləyirik. Bu cinayət qapalı bir işdir. Cinayət törədənin milliyyəti yoxdur. Ona pul və qızıl lazımdır. Fikrimcə, 90 faiz əminəm ki, bir həftədən sonra törədilən işgəncə dolu cinayət işi açılacaq”.

Kənd sakinləri kənddə polis sahə müvəkkilinin olmadığını və polis idarəsinin bu kəndlə maraqlanmadığını qeyd ediblər. Sakinlər bildiriblər ki, gecələr evdən bayıra çıxa bilmirlər. Kəndin kənarından axan Xram çayının sahilində olan evlərdə əvvəllər də belə hadisələr törədildiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45