Ermənilər cəbhəyanı əraziləri atəş altında saxlayır
24 oktyabr 2012 10:02 (UTC +04:00)

Ermənilər cəbhəyanı əraziləri atəş altında saxlayır

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, düşmən ordusu dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Xocavənd rayonunun işğal olunmuş Kuropatkino, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.
# 519

Oxşar yazılar