Daha bir neçə rayon prokuroru işdən çıxarılıb
17 oktyabr 2012 12:16 (UTC +04:00)

Daha bir neçə rayon prokuroru işdən çıxarılıb

APA-nın məlumatına görə, Ağcabədi rayon prokuroru Həsən Mirzəyev, Lerik rayon prokuroru Salman Səmədov, Saatlı rayon prokuroru Valeh Vəliyev səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülüblər.

Ağcabədi rayon prokurorunun vəzifəsini Ərəstun Quliyev, Lerik rayon prokurorunun vəzifəsini Natiq Abdullayev, Saatlı rayon prokurorunun vəzifəsini isə Əlimirzə Əliyev icra edir.

Qeyd edək ki, bu il respublika üzrə 20-dək rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bundan əvvəl Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Ağdaş rayon prokuroru Mirələkbər Seyidov Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.

Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayev Lənkəran rayon prokurorunun köməkçisi, Oğuz rayonunun sabiq prokuroru Afər Nəsirov Yevlax rayon prokurorunun köməkçisi, Sabirabad rayonunun sabiq prokuroru Seyfulla Aslanov isə Baş Prokurorluqda idarə prokuroru təyin edilib.
# 3033

Oxşar yazılar

Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56
Dələduzlar professoru da  bu üsulla aldatdılar

Dələduzlar professoru da bu üsulla aldatdılar

11 may 2024 , 17:44
Axtarışda olan rəis müavini  aeroportda saxlanıldı

Axtarışda olan rəis müavini aeroportda saxlanıldı

11 may 2024 , 16:21
Sumqayıtda gənc qızı maşın vurub öldürdü

Sumqayıtda gənc qızı maşın vurub öldürdü

11 may 2024 , 15:32
Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

11 may 2024 , 15:25