Bakıda gənc oğlanı öldürüb yol kənarına atdılar
17 oktyabr 2012 11:30 (UTC +04:00)

Bakıda gənc oğlanı öldürüb yol kənarına atdılar

Bakı şəhərinin Yasamal rayonu ərazisində üzərində xəsarətlər olan meyit tapılıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 25-30 yaşlı kişi meyiti Tbilisi prospektində yolun kənarında aşkarlanıb. İlkin məlumata görə, ölən şəxs piyada olub və hələlik məlum olmayan avtomobil tərəfindən vurulub.

Hazırda ölən şəxsin kimliyinin və qəzanı törədən avtomobilin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Nizam RZA
# 1775

Oxşar yazılar