Azərbaycanda daha bir rayon prokuroru vəzifədən azad edilib
16 oktyabr 2012 15:51 (UTC +04:00)

Azərbaycanda daha bir rayon prokuroru vəzifədən azad edilib

Lent.az-ın məlumatına görə, Lerik rayon prokuroru Salman Səmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələ ki, təyinat yoxdur.

Son 1 ayda baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ağdaş rayon prokuroru Mirələkbər Seyidov, Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov vəzifədən azad ediliblər.

Ağdaş rayon prokuroru Mirələkbər Seyidov Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Digər rayon prokurorları isə səlahiyyət müddəti başa çatdığı üçün sərəncama götürülüb. Onlardan Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayev Lənkəran rayon prokurorunun köməkçisi, Oğuz rayonunun sabiq prokuroru Afər Nəsirov Yevlax rayon prokurorunun köməkçisi, Sabirabad rayonunun sabiq prokuroru Seyfulla Aslanov isə Baş Prokurorluqda idarə prokuroru təyin edilib.

Bakı şəhərinin Nizami rayon prokuroru Mahir Muradov isə Konstitusiya Məhkəməsinə hakim təyin edilib. O, bu gün Milli Məclisdə and içib. Nizami rayon prokuroru vəzifəsinə də hələ ki, təyinat olmayıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4992

Oxşar yazılar