Üç gündə Balakəndə 66 yeraltı təkan qeydə alınıb
16 oktyabr 2012 14:34 (UTC +04:00)

Üç gündə Balakəndə 66 yeraltı təkan qeydə alınıb

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Balakəndə baş verən zəlzələnin episentrindəki prosesləri daha dəqiq analiz etmək üçün ərazidə 5 mobil seysmik stansiya quraşdırıb. Bu barədə APA-ya Mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Mərkəzin əməkdaşları tərəfindən ərazidə geniş makroseysmik tədqiqatlar aparılır: “Stansiyalar zəlzələ ocağındakı proseslərlə bağlı daha dəqiq məlumatlar əldə etməyə və ən xırda təkanları belə qeydə almağa imkan verəcək. Stansiyalar proses başa çatana qədər burada qalacaq”.


Q. Yetirmişli deyib ki, oktyabrın 14-dən bu günə qədər Balakəndə 66 yeraltı təkan qeydə alınıb. Bu təkanlardan 4-5-i hiss olunan olub. Ərazidə seysmik aktivlik hələ davam eləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963

Oxşar yazılar