Türkdilli dövlətlərin gömrükçüləri Naxçıvana toplanıb
07 oktyabr 2012 05:02 (UTC +04:00)

Türkdilli dövlətlərin gömrükçüləri Naxçıvana toplanıb

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2009-cu ildə Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında imzalanan «Türkdilli ölkələrin əməkdaşlıq şurasının yaradılması haqqında Naxçıvan sazişi»nin qarşılıqlı əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini vurğulayıb.

O, türkdilli ölkələrin əməkdaşlıq şurasına üzv dövlətlər –Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan respublikaları arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın gömrük işi sahəsində də təzahür etdiyini bildirib. Görüşdə çıxış edən Qazaxıstan, Qırğızıstan və Türkiyənin gömrük rəhbərləri Naxçıvanda keçirilən ilk toplantılarının mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq, ölkələri arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi üçün yüksək potensialın mövcud olduğunu qeyd edib, gömrük işi sahəsində birgə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə türkdilli ölkələr arasında ticarət və sərhəddən keçmə prosedurlarının sadələşdirilməsi, bu sahədə «bir pəncərə» prinsipinin tətbiqi, tranzit potensialının inkişaf etdirilməsi, gömrük proseslərinin avtomatlaşdırılması və «Böyük İpək Yolunun» bərpası üzrə layihələrin təqdimatı keçirilib, gömrük hüquqpozmalarına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyət sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Toplantıda həmçinin təlim və texniki yardım sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin növbəti 2-ci toplantısının gələn il İstanbulda keçirilməsi qərara alınıb. Toplantının yekunlarına görə birgə Bəyannamə də qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar

Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

2 oktyabr 2024 , 16:05
Bərdədə ildırım düşüb  evi dağıtdı

Bərdədə ildırım düşüb evi dağıtdı

2 oktyabr 2024 , 15:05
Qız təcavüzkardan qaçmaq üçün özünü binadan atdı

Qız təcavüzkardan qaçmaq üçün özünü binadan atdı

2 oktyabr 2024 , 13:55
Akademiyanın müəllimi futbol oynayanda  öldü

Akademiyanın müəllimi futbol oynayanda öldü

2 oktyabr 2024 , 12:47
Bakıda qadınlara qarşı  dələduzluq edən kişilər tutuldu

Bakıda qadınlara qarşı dələduzluq edən kişilər tutuldu

2 oktyabr 2024 , 11:45
İrandan Rusiyaya üzüm aparan TIR-dan görün nələr çıxdı?

İrandan Rusiyaya üzüm aparan TIR-dan görün nələr çıxdı?

2 oktyabr 2024 , 11:38
Polis mayoru rüşvətə görə HƏBS OLUNDU

Polis mayoru rüşvətə görə HƏBS OLUNDU

2 oktyabr 2024 , 11:06
Bakıda doberman  oğurlandı

Bakıda doberman oğurlandı

2 oktyabr 2024 , 10:40