Gömrükçülər dərman preparatları və “beşbarmaq” aşkar ediblər
0
0
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Vaqif Nəsibovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəzarət zamanı həmin nəqliyyat vasitəsinin salonunda iki karton qutunun içindəki kitab-dəftərin altından 100 konvalyut - hər birində 10 həb olan “Finlepsin Karbamazepin 200 mq” və dörd karton qutu - hər biri 10 ampula olan “Vitamin B kompleks” dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.
“Sınıq Körpü” gömrük postunda Türkiyədən respublikamıza sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Ülfət Ağayevin əl çantasına “Smiths HS-100100 T-is” markalı X-RAY detektoru ilə gömrük nəzarəti həyata keçirilən zaman oradan əşyalara bükülmüş vəziyyətdə 1 ədəd “beşbarmaq” aşkar edilərək götürülüb.