Eynulla Fətullayevin xanımı: “Bu boyda yalanı necə uydurmaq olar?”– EKSKLÜZİV
27 avqust 2012 16:58 (UTC +04:00)

Eynulla Fətullayevin xanımı: “Bu boyda yalanı necə uydurmaq olar?”– EKSKLÜZİV

Bu gün bəzi kütləvi informasiya vasitələrində jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevin həyat yoldaşından boşanması ilə bağlı məlumatlar yayılıb. Lent.az-ın məlumatına görə, həmin xəbərlərdə E.Fətullayevin həyat yoldaşı Nigar Allahverdiyeva ilə münasibətlərinin kəskinləşməsi, hətta xanımının E.Fətullayevi “tərk etdiyi” iddia olunur.



Eynulla Fətullayevin həyat yoldaşı Nigar Allahverdiyeva Lent.az-a eksklüziv açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Bu, böhtandır. Mənim ailə işlərimə müdaxilə edirlər. Bu həm də milli, dini dəyərlərimizə ziddir. Digər tərəfdən isə mən iş qadınıyam, ətrafım, məni tanıyan xeyli insan var. Həmin insanlar da bu yalan xəbərdən şoka düşüblər. Axı bu boyda yalanı necə uydurmaq olar? Mən evimin, ailəmin içindəyəm və bu ailə məni tamamilə qane edir. Həyat yoldaşımla aramızda qarşılıqlı istəyə və hörmətə əsaslanan münasibət var, biz bir-birimizə dəyər veririk”.



N.Allahverdiyeva onu da bildirib ki, məlumatı yayan şəxsləri məhkəməyə verəcək: “Mən bu işi belə qoymayacağam. Haqqımda yalan xəbər yayanları məhkəməyə verəcəyəm. Onlar təzminat ödəməli olacaqlar”.



Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6413

Oxşar yazılar