Respublikanın müxtəlif bölgələrindən Azərbaycan prezidentinə məktublar gəlməkdə davam edir. Həmin məktublardan birini də Salyan rayonunu Şorsulu kənd sakinləri göndərib. Lent.az həmin məktubu təqdim edir:
"Möhtərəm cənab Prezident.
Salyan rayonunun Şorsulu kəndinin sakinləri Sizin göstərişlərinizlə rayonumuzda görülən böyük quruculuq işlərini, iqtisadi həyatımızın yaxşılaşması üçün həyata keçirilən tədbirləri, mədəni həyatımızın yüksəlməsiüçün verilən Sərəncam və Fərmanlarınızı böyük ruh yüksəkliyi ilə qarşılayırlar.
Koronavirusla əlaqədar gördüyünüz qabaqlayıcı tədbirlər böyük alqışalayiqdir. Pandemiya dövründə təqaüdlərimizi, sosial yardımları, 190 manatməbləğində birdəfəlik ödəməni vaxtında ala bildik.
Pandemiya dövründə xalqımızın indiyədək az itki verməsi, həmçinin əvvəlkiillərdə təbii fəlakətlər zamanı çətinə düşmüş insanlara böyük kömək göstərilməsi onu deməyə əsas verir ki, Siz Azərbaycan xalqının xilaskarısınız.
Taleyimizin etibarlı əllərdə olmasından mənəvi rahatlıq tapırıq. Allah Sizə və ailənizə hər zaman firavan həyat qismət eləsin.
Kənd sakinləri adından dərin hörmətlə,
İbrahimov Akif Hüseynqulu oğlu
Abdullayev Rəis Musa oğlu
Şükürov Nizami Allahşükür oğlu
Cavadov Şahmar Əfsərağa oğlu
Hüseynzadə Emin İlqar oğlu
Sadıqzadə Yusif Natiq oğlu və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi".