Krasnodar diyarında “Qazel” və “KamAZ” yük maşınının toqquşması nəticəsində 6 nəfər həlak olub.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, qəza Vıselski-Kirpilskaya yolunun 5-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Qazel”in sürücüsü dönərkən “KamAZ”ın gəldiyinə əhəmiyyət verməyib.
Hadisədən sonra 4 nəfər xəstəxanaya yerləşdirilib. Vıselski rayon rəhbəri Sergey Firstkovun sözlərinə görə, 8 nəfər yaralı var və onlardan biri əməliyyata götürülüb. Prokurorluğun məlumatına görə, “Qazel”də yerli müəssisələrdən birinin 15 sərnişini olub.