"JEK" müdirinə cinayət işi açıldı - SƏBƏB
18 may 2020 16:17 (UTC +04:00)

"JEK" müdirinə cinayət işi açıldı - SƏBƏB

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) vəzifəli şəxslərin yol verdiyi qanun pozuntularına dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurovun öz qulluq mövqeyindən istifadə edərək səlahiyyəti olmadığı işlərə yol veridyi aşkarlanıb. Onun vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi ilə aldadaraq 10.500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3895
avatar

Mehman Nəbiyev

Oxşar yazılar