“Gah deyir inək barədə danışırdıq…” - İtkin düşən kişinin qardaşı danışdı   
10 may 2020 16:33 (UTC +04:00)

“Gah deyir inək barədə danışırdıq…” - İtkin düşən kişinin qardaşı danışdı  

 

Goranboyda 40 yaşlı kişi itkin düşüb.

Lent.az-ın məlumatına görə, rayonun Əlirzalı kənd sakini 40 yaşlı Bayramov Cavid Sabir oğlu mayın 2-də, saat 18 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində qara şalvar, qara ayaqqabı və göy rəngli idman köynəyi olub.

İtkin düşən Cavidin böyük qardaşı Dilsuz Bayramov Lent.az-a danışarkən həmkəndlilərindən şübhələndiklərini bildirib:

‌"Cavid mal-qara satışı ilə məşğul olurdu. Tez-tez Bərdə və ya Gəncənin mal bazarlarına gedib gəlirdi. Həyat yoldaşının sözlərinə görə, mayın 2-də həmkəndlimiz Vüqar inəyini qardaşıma satmaq istədiyini deyib. Qiymətin danışandan sonra isə satış üçün bibisinin icazəsinin də lazım olduğunu bildirdi. Qardaşımı sonuncu dəfə kəndin qaz paylayıcı məntəqəsində avtobus sürücüsü görüb. O, qardaşımın mayın 2-də axşam 8-dək həmin yerdə olduğunu, ancaq 8-dən sonra yoxa çıxdığını deyib. Həmin gün günorta isə inəyini satmaq istəyən Vüqar Cavidə "vzıv" atıb. Cavid də ona zəng edib və danışıblar. İndi Vüqardan soruşuruq ki, nə danışmısınız, neynəmisiniz ki, qardaşım yoxdur? Gah deyir inək barədə danışırdıq, gah deyir kənddə yol çəkirlər, gəl ona bax demişəm. Hazırda polisdə araşdırma aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7518

Oxşar yazılar