"Baron Şəmi" torpaq davasının qurbanı olub: . Masallı-Yardımlı yolu nəzarət altında, ata və oğul axtarılır - Yenilənib
27 fevral 2020 16:55 (UTC +04:00)

"Baron Şəmi" torpaq davasının qurbanı olub: . Masallı-Yardımlı yolu nəzarət altında, ata və oğul axtarılır - Yenilənib

“Baron Şəmi” və oğlunu qardaşı güllələyib. Məlumata görə, hadisənin torpaq üstündə baş verib. Bu şəxslərin Yardımlının Eçara kəndində 50-60 hektar torpaq sahəsi olduğu bildirilir. Kənd sakinlərinin cenub az-a bildirdiyinə görə, Şəmsəddin oğlu Niyaməddin ilə Masallıdan gedib Eçara kəndində “Niva” maşınından düşərkən qardaşı tərəfindən ov tüfəngi ilə atəşə tutulub. Daha sonra qardaşını güllələyən Nurəddin və oğlu hadisə yerindən qaçıb. Onların axtarışına başlanılıb. Masallı-Yardımlı yolu ciddi nəzarət altındadır. Hər iki istiqamətə maşınların hərəkatı məhdudlaşdırılıb.
 
***
 
14:52
 
Hadisəni törədən qardaş oğlunun (onun da 2 övladı var) Deman tərəfdən İrana qaçdığı deyilir.
Həmçinin hər 2 şəxsin, Şəmsəddin və oğlunun aldığı yaralardan dərhal keçindiyi söylənilir. (cenub.az)
 
Xatırladaq ki, “Baron Şəmi” 2016-cı il yanvarın 6-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində öz evində həbs edilmişdi. Həmin vaxt ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.  
 
Qeyd edək ki, “Şəmi”  indiyədək 7 dəfə həbs həyatı yaşamışdı.

***

Yardımlıda güllənən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onlar Masallı rayon sakinləri - Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin öldüyü bildirilir. 

Lent.az-ın cenub.az-ın baş redaktoru Zahir Əmənova istinadən verdiyi məlumata görə, hadisə Şəmsəddinin Yardımlıdakı ata yurdunda baş verib. Kərimov bir neçə dəfə həbs həyatı yaşayıb. Onun öldürülən oğlu da elə bir qədər əvvəl həbsdən azad edilib.

Şəmsəddin Kərimovun Masallı şəhərində “Ovçular” adlı mağazası var. O, bu gün səhər səliqəli geyimdə mağazaya gəlib, işçilərinə göstərişlərini verib. Daha sonra Yardımlıya gedib. Hadisə də orda baş verib.

***

14:25

Yardımlıda ata və oğlu güllələnib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Faktla bağlı araşdırma aparılır. 

Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23379
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00