Yanıq qoxusunu aradan qaldırmağın SADƏ ÜSULLARI
27 aprel 2021 19:54 (UTC +04:00)

Yanıq qoxusunu aradan qaldırmağın SADƏ ÜSULLARI

Çox vaxt mətbəxdə qazın üzərində və ya sobada unutduğumuz yeməyin yanıq qoxusu hər kəsi narahat edir. Evin bütün məkanlarına yayılan bu qoxunu sadə üsullarla aradan qaldırmaq mümkündür.

Lent.az həmin üsulları təqdim edir:

Əvvəlcə yanan yemək soyuduqdan sonra çöp qutusuna deyil, çölə çıxartmaq lazımdır. 

Limonlu su 

Bir qabda su qaynatdıqdan sonra üzərinə limon dilimləri və mixənk əlavə edin. Evini havasını dəyişdikdən 10-30 dəqiqə sonra yanıq qoxusunun yox olacağını hiss edəcəksiniz. 

Soğanlı su 

Su dolu qabın içərisinə soğanı dilimləyib, mətbəxdə masanın üzərinə yerləşdirin. Əgər evin digər otaqların da yanıq qoxusu gəlirsə, soğanlı suyu həmin məkanlara da yerləşdirə bilərsiniz. 

Çörək və sirkə

Xoş olmayan qoxunu aradan qaldırmaq üçün çörək və sirkədən istifadə etmək olar. Su dolu qaba 2 stəkan sirkə əlavə edib, yavaş-yavaş qaynadın. Qabı masanın üzərinə yerləşdirdikdən sonra sirkəli suya çörək əlavə edin.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4980
avatar

Nigar Adil

Oxşar yazılar