Xalçaları necə təmizləməli?
07 dekabr 2020 18:29 (UTC +04:00)

Xalçaları necə təmizləməli?

Xalça yuma ən vacib təmizlik işlərindən biridir. Çünki xalça evdə istifadə olunan və daha çox kirlənən əşyadır. Xalçaların bir neçə yuma üsulları var və bu üsullar xalçanın növünə görə dəyişir. Xalçaları təmizləyərkən onların zədələnməməsinə də diqqətlə yanaşmaq lazımdır. Son dövrlərdə xalça yuma ilə bağlı xidmət sahələri fəaliyyət göstərsə də, ancaq insanların böyük əksəriyyəti hələ də öz əllərilə xalçalarını yumağa üstünlük verirlər. Xalçaların təmizlənməsi, yuyulması o qədər də çətin deyil.

Lent.az xarici KİV-ə istinadən xalçaların yuyulmasında diqqət etməli olduğunuz məqamları təqdim edir:

Krem rəngli xalçanıza qəhvə tökülə bilər və ya təkcə gündəlik yığılan çirklər və tozlar da ola bilər. Səbəbi nə olur-olsun xalçaların baxılmasına və təmizliyə ehtiyacı var. Xalçadakı ləkələri suya qarışdırılmış xalça şampunu və sərt tükləri olan fırçanın köməkliyi ilə təmizləyə bilərsiniz.

Xalça təmizləmə tozunu xalçanın üzərinə eyni miqdarda səpin. Təxminən 30 dəqiqə tozu xalçanın üzərində saxlayın. Bütün gecə saxlasanız, daha təsirli olacaq. Bu müddətdə səpilən toz xalçadakı çirkləri yumşaldacaq və qoxuları aparacaq. Daha sonra tozsoranla təmizləyin.

Xalça şampunu da xalçaların yuyulmasında istifadə olunan digər alternativ üsuldur. Bunun üçün ilk növbədə xalça şampununun istifadəsilə bağlı təlimata diqqət etmək lazımdır. Şampunu su ilə qarışdırmadan əvvəl təlimatı mütləq oxuyun. Ümumiyyətlə, bu cür təmizlik məhsullarının suya qarışdırılması mühümdür.

Xalçanızı çox islatmayın, çoxlu yuyucu toz da əlavə etməyin, çünki bu cür xalçanın quruma müddətini də uzatmış olacaqsınız. Gec təmizlənən ləkələrin üzərinə sərt tüklü fırça istifadə edərək sürtün. Xalçanı qurumağa qoyun. Quruduqdan sonra, şampun qalıqlarını tozsornala süpürün.

Təbii yollarla xalçaları necə təmizləmək olar?

Mətbəxdəki məhsullardan istifadə etməyi sevirsinizsə, sizin üçün bəzi tövsiyələr verə bilərik. Mineral suyun ləkə təmizləmə məsələsində təsiri aşkar bir həqiqətdir, amma təzə ləkələr üçün duz istifadə etmək də yaxşı seçimdir. Soda xalçanın tüklərinə hopmuş pis qoxuları da təmizləyir. Yeni təmizlik üsullarını tətbiq etməkdən əvvəl, ilk növbədə bunu xalçanın görünməyən bir hissəsində sınaqdan keçirməyi unutmayın.

Ləkələri quruyub xalçaya yapışmadan əvvəl təmizləmək ən yaxşı üsuldur. Ləkə hopduraraq təmizləməməlisiniz, yəni sürtərək silmək ləkənin xalçaya daha çox yayılmasına səbəb olacaqdır. “Xalça ləkəsi nə ilə təmizlənə bilər?” soruşursunuzsa, yuyucu tozların istifadə edə bilərsiniz və ya ləkənin növünə görə aşağıdakı üsulları tətbiq edə bilərsiniz:

Saqqız kimi yapışqan maddələrin üzərinə buz qoyub ləkənin sərtləşməsini təmin etməklə təmizlənməsini daha asanlaşdıracaqsınız.

Qoxusu olan ləkələr üçün eyni miqdarda ilıq su və sirkə qarışdırın, daha sonra ləkənin üzərinə təmizlik bezilə sürtün.

Xalçaları ev şəraitində təmizləmək üçün müxtəlif təbii vasitələr də istifadə olunur. Məsələn,

Duz

Xörək duzu xalçaya qalın qatla səpilir, xalça süngər və ya şotka ilə yaxşı təmizlənir və sonra duz tozsoranla yığılır.

Sirkə

1 litr su üçün 2 xörək qaşığı sirkə götürülür. Xalçanı sirkəli suda isladılmış süngər və ya şotka il yaxşı təmizləyin.

Su naşatır spirti ilə

 1 litr su üçün 1 xörək qaşığı naşatır spirti götürülür.

Sodalı su

1 litr su üçün 2 xörək qaşığı soda götürülür. Sodanı suda həll edin və bu məhlulla xalçanı təmizləyin.   

Sonda qeyd edək ki, xalçaların dərindən yuyulması üçün ən azı 6 aydan bir ixitsaslaşmış bir xalça yuma firmasına verilməsi lazımdır. Xalçanın necə yuyulduğunu dəqiq bilməyən avtomobil yuma yerlərindən çəkinmək lazımdır. Çünki bu yerlərdə xalçalarınız təmiz yuyulmamaqla yanaşı, zədə də görə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar