Qaz sobası müntəzəm olaraq xüsusi diqqət tələb edir. Çünki onun üzərində yağ və digər kir izləri çox tez nəzərə çarpır.
Buna görə də sübut edilmiş yuyulma üsullarından istifadə etməyə dəyər.
Lent.az qaz sobasının yuyulma qaydalarını təqdim edir:
Soda məhlulu ilə üsul
Bu, sobanı hətta inadkar kirdən və köhnə yağdan təmizləmək üçün çox məşhur və keyfiyyətli bir üsuldur. Yüz qram sodanı bir az nəmləndirin. Alınan qarışığı 15 dəqiqə sobada saxlayın və sonra su ilə təmizləyin.
Ümidsiz hallar üçün
Ləkələr tamamilə qatı və çıxmayacaq kimi görünürsə, o zaman ən təsirli üsulu seçməlisiniz. Bunun üçün əvvəlcə əllərinizə əlcək taxmalısınız. Sonra süngəri sirkə ilə nəmləndirin və səthi ovuşdurun. Daha sonra üzərinə soda səpin.
Üç dəqiqə gözləyin və çox səy göstərmədən kirlərin çıxdığının şahidi olacaqsınız.
Xardal tozu
Bu üsulla da keyfiyyətli nəticə əldə etmək olar. Əvvəlcə sudan istifadə edərək xardalı krem vəziyyətinə gətirin.
Plitənin səthinə paylayın. Ən azı bir saat gözləyin və təmizliyə başlayın.