Pəncərəsiz otaqlar necə dekor edilsin? - MƏSLƏHƏT
23 sentyabr 2021 07:11 (UTC +04:00)

Pəncərəsiz otaqlar necə dekor edilsin? - MƏSLƏHƏT

Pəncərəsiz otaqları dizayn etmək çətindir. Bu cür otaqları dekor etmək üçün yüksək zövqə sahib olmaq lazımdır. Pəncərəsiz otaqları bir neçə kiçik fəndlə daha geniş görünüş vermək mümkündür. Güzgü, açıq rəngli aksesuarlar və sadə mebellər bu cür otaqlarda ən çox istifadə olunan əşyalardandır.  

Lent.az pəncərəsiz evlərə kiçik toxunuşla fərqli görünməsinin yollarını təqdim edir:

Bu cür otaqlarda işığın bərabər paylanmasına nəzarət etmək mütləqdir. Bunu üçün ən yaxşı üsul “spot” lampaları tavan boyunca bərabər şəkildə yerləşdirməkdir.

Pəncərəsiz otağı  metal çərçivələr, vazalar və ya şamdanlarla dekor edə bilərsiniz.

Güzgülər işığı əks etdirərək boşluqlara dərinlik qatır. Otaqda bir neçə güzgü asa və ya güzgülü mebeldən istifadə edə bilərsiniz.

 

Pəncərəsiz otaqlarda açıq rənglərdən istifadə edilərək, geniş görünəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9264
avatar

Nigar Adil

Oxşar yazılar