Mikrodalğalı sobanın şüşəsi çox tez çirklənir. Çox vaxt səth bir neçə istifadədən sonra yapışqan olur. Bundan əlavə, onun üzərində, eləcə də cihazın daxili divarlarında yemək parçaları görünür. Həmçinin, tez-tez şüşənin xarici hissəsi də təmizlənməlidir. Təmizləmə proseduru evdar qadınlardan çox vaxt və səy tələb edir.
Lent.az xəbər verir ki, bununla bağlı mikrodalğalı sobanın çoxlarının bilmədiyi gizli funksiyası var.
Məlumata görə, sobanın şüşəsi problemsiz şəkildə çıxarılıb təmizlənə bilər. Bəs, bu necə edilməlidir?
Bunun üçün sadəcə bu hissəni yan tərəfə keçirin və şüşəni çıxarın. Nəticədə şüşə təmizləmək çox sadə bir işə çevriləcək.
Ancaq unutmayın ki, bu gizli funksiya bütün mikrodalğalı sobalarda mövcud deyil. Bəzi cihazlardan şüşə çıxarmaq mümkün deyil. Çünki şüşə çox yaxşı sabitlənib və plastik çərçivələrdədir. Buna görə çalışıb çox güc tətbiq etməyin.
Ancaq yenə də sobanızda bu funksiyanın olub olmadığını yoxlamağa dəyər.