Kiçik vanna otaqlarını  genişləndirməyin yolları
14 yanvar 2023 19:24 (UTC +04:00)

Kiçik vanna otaqlarını genişləndirməyin yolları

Otaqların geniş olmasını istəyənlər çox vaxt vanna otaqlarına fikir vermir. Amma rahat olması lazım olan əsas sahələrdən biri də elə vanna otağıdır. Çünki bura nə qədər funksional, praktik və geniş olsa, siz də o qədər rahat olacaqsınız. Dizaynerlər vanna otaqlarının gözəl görünməsinin 3 sirrini açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu sirlərdən birincisi güzgülərdir.

Güzgü seçimi otağı vizual olaraq geniş göstərmək üçün vacib əşyalardan biridir. Kiçik bir vanna otağı üçün güzgü seçərkən, rəfləri olan və ya şkaf şəklində olan modellərə baxmalısınız. Təbii ki, bunlarla yanaşı, güzgünün keyfiyyəti də vacib faktorlardandır. Daha sonra güzgünü qoyacağınız yeri müəyyən edin.

Səliqəli müasir duş

Duş sistemləri hamam otağının havasını dəyişən estetik quruluşa malik funksional avadanlıqdır. Kiçik vanna otağına duş seçərkən ən əsas onun səliqəli və funksional olmasına fikir verilməlidir. Ümumiyyətlə, duş sistemini seçərkən diqqətli olmaq lazımdır.

Detallar əlavə edin

Sadəcə vanna otağınız kiçik olduğu üçün çox sevdiyiniz detallardan vaz keçməyin. Bacarıqlı bir dizaynerlə danışaraq kiçik və teksturalı əşyalarla vanna otağınızda möhtəşəm görüntü yarada bilərsiniz.

# 2766
avatar

Sevinc Fərid

Oxşar yazılar