Eviniz üçün ən yaxşı dezinfeksiya məhsulları  hansıdır ? - ARAŞDIRMA
09 mart 2022 19:10 (UTC +04:00)

Eviniz üçün ən yaxşı dezinfeksiya məhsulları hansıdır ? - ARAŞDIRMA

Əslində, dezinfeksiyanın latıncadan tərcüməsi bilirsinizmi nədir? Yoluxdurmaq! Məhz yoluxdurmaq. 
Dezinfeksiya xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitədir. Onun əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dezinfeksiyanın bioloji və mexaniki üsulları var. Bioloji üsulla axar sular və gölməçələr dezinfeksiya edilir. Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları şotka ilə, mebel və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün olmadıqda kimyəvi üsuldan istifadə edilir. Bu cür  təmizlik zamanı quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır. 

Dezinfeksiya zamanı maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlardan biri onun yararlılıq müddəti və istifadə qaydasıdır. Maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir. 

Artıq sübut olunub ki, ən uğurlu vasitələrdən biri də ozon dezinfeksiyasıdır. Bu vasitə sürətlə reaksiya göstərir, bütün mikro orqanizmləri (bakteriyalar, viruslar, maytlar və s.) dərhal parçalayır. Qaz olduğu üçün bütün mühitə yayılır. Kimyəvi maddələrdən daha güclü bir dezinfeksiyaedicidir.  

Ozon istehsal etmək üçün isə havadan istifadə edilir, başqa bir xərci yoxdur. 

Ən uğurlu dezinfeksiya məhsullarından biri Biosandır. Biosan evin izin və iş yerinizin effektiv dezinfeksiya edilməsini təmin edən bakteriya, viruslarla mübarizə aparan dezinfeksiyaedici vasitədir. Dezinfeksiyaedici sprey olan bu məhsul idman zalları, ofisl, vanna otağı, evlər, mətbəx üçün uyğundur. Biosan 100 faiz bioloji, insan və heyvanlar üçün zərərsizdir.

Bundan başqa ölkəmizdə ən çox istifadə olunan dezifeksiya məhsulları arasında Dolli blo, Domestos,  Drano, Mister Şin,  Brasso, Kalqon , Cheer və başqlarını da göstərmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

Sevinc Fərid

Oxşar yazılar