Evin künclərinə dəfnə yarpağı  düzün: Tarakan hiyləsi
01 may 2024 17:51 (UTC +04:00)

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Dəfnə yarpağı yalnız kulinariya ədviyyatı deyil, həm də tarakanları yox etmək üçün əla vasitədir. Dəfnə yarpaqlarından istifadə edərək tarakanlardan qurtulmaq olar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sizə lazım olan tək şey dəfnə yarpağını evin künclərinə yerləşdirməkdir.

Tarakanlar bu ədviyyatın qoxusunu sevmirlər. Əvvəlcə zəmini dəfnə yarpaqlarının güclü bir həlimi ilə yuyub, sonra künclərə yaymaq olar. Tarakanları dəf etmək üçün künclərə yovşan və tansi də qoya bilərsiniz (evdə kiçik uşaqlar varsa tövsiyə edilmir).

Bundan əlavə, lavanda və anis tarakanları dəf edir. Həm bitkilərin özündən, həm də efir yağlarından istifadə edə bilərsiniz (pambığı isladıb tarakanların toplaşdığı yerlərdə qoyuruq).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7569
avatar

Fidan İlqar

Oxşar yazılar