BƏDBƏXTLİK  gətirən ev əşyaları...
03 may 2022 19:44 (UTC +04:00)

BƏDBƏXTLİK gətirən ev əşyaları...

Bəzi əşyalar var ki, yeni mənzil sahibinə hədiyyə edilməsi arzuolunan deyil, bədbəxtlik gətirir.  

Lent.az xəbər verir ki, MBDS dizayn studiyasının yaradıcısı Mariya Borovskaya “RİA Real Estate”ə bildirib ki, yeni evə köçənlərə güzgü, saat və kəsici əşyalar hədiyyə etmək arzuolunmazdır. 

Rusiyada, məşhur inanca görə, belə şeylər evə bədbəxtlik gətirə bilər.

"İndi ruslar tez-tez güzgü verirlər. Bu əşya interyerdə mühüm rol oynayır. Lakin belə bir hədiyyənin verilməməsi tövsiyə edilir. Hədiyyə edilən güzgülər pis enerji toplayır və sonra onu sahiblərinə əks etdirir", dizayner vurğulayıb. 

O, əlavə edib ki, digər inanclara görə, yeni evə yad adamlar tərəfindən gətirilən güzgü erkən boşanmaya səbəb ola bilər:

"Divar saatı hədiyyəsindən də imtina etmək daha yaxşıdır. Bu əşya yeni mənzilə köçənlərin evdə yaşaması üçün geri sayımın başlanmasına işarədir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518
avatar

Oxşar yazılar