Zibil qutularına girib  həbsxanadan qaçdılar
01 iyun 2023 13:31 (UTC +04:00)

Zibil qutularına girib həbsxanadan qaçdılar

ABŞ-ın Ohayo ştatında iki məhbus zibil qutularında mühafizəçilərdən gizlənərək həbsxanadan qaçıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Lima şəhərindəki islah müəssisəsindəki həbsxanada məhbuslar, 50 yaşlı Bredli Gillespi və 47 yaşlı Ceyms Lin yoxa çıxıblar. Onların yoxluğu əməkdaşlar tərəfindən saat 11:00-da keçirilən çağırış zamanı fərq edilib.

Məlum olub ki, məhbuslar bir gün əvvəl səhər saat doqquz radələrində müşahidə kameralarının qeydinə düşüblər.

Ertəsi gün polis əməkdaşları Lini oğurlanmış avtomobildə tapıb və onun arxasınca düşüblər. Gillespinin də maşında olduğu güman edilib. Qaçarkən onların avtomobili qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Lini saxlamağa nail olsalar da, Gillespi qaçıb. O, İndiana ştatı ilə sərhəddə yerləşən 27 min əhalisi olan Henderson şəhərində axtarışa verilib.

Gillespi 2016-cı ildə iki ardıcıl ömürlük həbs cəzasına məhkum edilib. Məhkumların qaçması ilə əlaqədar həbsxananın 4 əməkdaşı xidmətdən kənarlaşdırılıb.

# 1506
avatar

Oxşar yazılar