Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Lent.az “Unian”a istinadən verdiyi məlumata görə, fərman Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə verilib.
Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.
Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.