Volodimir Zelenski
21 mart 2022 23:19 (UTC +04:00)

Volodimir Zelenski

Zelenski: “Rusiya ilə razılaşma və təhlükəsizlik məsələsi referenduma çıxarılmalıdır”

0

“Rusiya ilə ehtimal olunan kompromisli razılaşma, o cümlədən təhlükəsizlik təminatına dair zəmanət Ukraynada referenduma çıxarılmalıdır”.

Lent.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibəsi zamanı deyib.

“Mən danışıq aparan heyətlərə izah etmişəm ki, dəyişikliklər tarixi hadisə ola bilər. Biz tələsmirik və referendum getməliyik. Xalq kompromisin bu və ya digər formasına münasibət bildirməlidir. Bunun necə olacağı isə Ukrayna və Rusiya arasındakı danışıqların mövzusudur. Bu səbəbdən mən istənilən halda xalqla birlikdə olacağmsa hər şeyə getməyə hazıram” – deyə Zelenski vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya daxil olmayacağı təqdirdə Şimali Atlantika Alyansından zəmanət alarsa, bu normal kompromis olar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1372

Oxşar yazılar