Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibə verib.
Lent.az-ın xəbərinə görə, müsahibələr hər televiziya ilə ayrılıqda, qısa şəkildə olub.
Fransa televiziyasının əməkdaşı hansı Qərb liderinin Kiyevə dəvət edildiyini soruşub və Fransa prezidenti F.Miteranın 1992-ci ildə Sarayevoya səfərini xatırladıb.
Zelenski cavabında bildirib: “Mən onların yerinə qərar qəbul edə bilmərəm. Bizim ölkəmiz müharibə şəraitindədir. Bu onların öz seçimidir. Lakin mən onlara NATO-nun hər dəfə bizə verdiyi cavabı verirəm: qapı açıqdır”.