Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyevin rusiyalı jurnalist Darya Duqinanın qətli ilə əlaqəsi yoxdur.
Lent.az-ın Reutersə istinadla xəbərinə görə, Zelenski bunu “Krım platforması” sammitində bildirib.
“Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. O, Ukrayna ərazisində olmayıb” – deyə Zelenski qeyd edib.