Kolumbiyada fəaliyyət göstərən 2 mərakeşli diplomatın başına gələnlər dünya mediasının baş xəbərinə çevrilib.
Lent.az-ın xəbərinə görə, Mərakeş səfirliyinin müşaviri və mühasibi yüngül əxlaqlı qadınlarla əlaqədə olduqdan sonra başlarına iş gəlib. Sosial şəbəkədə tanış olduqları qızlar narkotik vasitə verdikdən sonra diplomatları soyublar. Onlar bahalı restoranda yeyib-içdikdən sonra diplomatlara narkotik vasitə verərək pullarını və telefonlarını alıblar.
Hadisə Mərakeşdə ciddi narazılıq doğurub. Hər 2 diplomat xidmətdənn kənarlaşdırılaraq geri qaytarılıb.